Hörmətli müştərilər!

 

“Wentto Telecom” mağazalar şəbəkəsindən əldə olunan  məhsullara 1 illik “Rəsmi Zəmanət” təqdim olunur.

 

Zəmanət talonu ancaq məhsulun modelinin, seriya nömrəsinin, satış tarixinin düzgün və dəqiq göstərildiyi, eyni zamanda satıcı-firmanın möhürünün və alıcının imzasının dürüst və aydın göstərildiyi halda etibarlıdır. Məhsulun model və seriya nömrəsi zəmanət talonunda göstərilənlərlə uyğun gəlməlidir. Bu şərtlər pozulduqda, həmçinin zəmanət talonunda göstərilən məlumatlar dəyişdirildikdə, silindikdə və ya yenidən yazıldıqda zəmanət talonu etibarsız hesab edilir.

 

 “Rəsmi Zəmanət”- əldə olunmuş məhsulda istehsalçı tərəfindən yaranmış qüsurlara 1 il ərzində pulsuz təmir huququ qazandıran sənəddir.

Qüsurun istehsalçı tərəfindən baş verib-verilməməsi yalnız rəsmi şirkətlərin Texniki Servisinin mütəxəssisləri tərəfindən təsdiq edilə bilər.

Zəmanət müddəti malın satıldığı gündən hesablanır.

Zəmanət müddəti bitmiş və ya zəmanət şərtlərinə uyğun olmayan malların təmiri Wentto Telecom şirkətinin tariflərinə uyğun olaraq ödənişli şəkildə aparılır.

Təmir 14 iş günü ərzində həyata keçirilir.İstisna hallarda (lazımi ehtiyat hissəsinin olmadığı və s. kimi hallarda) bu müddət 2(iki) aya qədər uzadılır.

 

İstehsalçı aşağıdakı hallarda zəmanət öhdəliklərini öz üzərinə götürmür və ödənişsiz servis xidmətlərini göstərmir:

 

  1. İstehlakçıya məhsulla bir dəstdə verilən istifadəçi təlimatında və digər sənədlərdə göstərildiyi kimi məhsulun istismar, quraşdırma qaydalarının və şərtlərinin pozulması halında;
  2. Məhsulun konstruksiyasına və ya sxeminə istehsalçı tərəfindən nəzərdə tutulmayan dəyişdirilmə edilməsi, xarici qurğuların qoşulması səbəbindən defekt əmələ gələrsə;
  3. Qeyri-müəyyən qüvvələrin bədbəxt hadisələrin, istehlakçının və ya üçüncü şəxslərin düşünülmüş və yaxud ehtiyatsız hərəkətlərinin təsiri nəticəsində defekt yaranarsa;
  4. Rütubət, yüksək və ya alçaq temperatur, elektrik enerjisinin dəyişilməsi və ya yüksək enerjinin verilməsi nəticəsində, məhsulun içərisinə maddələr düşməsi təsirindən əmələ gəlmiş mexaniki zədələnmə aşkar olunarsa;
  5. Kompüter virsularının, analoji proqramların, parolun təyin edilməsi və ya dəyişdirilməsi, əvvəlcədən yüklənmiş PT-nın modifikasiyası və yenidən yüklənməsi nəticəsində ziyandəymələr əmələ gəlmişsə;
  6. Səlahiyyəti olmayan şəxs tərəfidən cihaza müdaxilə olunduqda, təmir işləri aparıldıqda və ya proqram təminatı yazıldıqda.  

                  

Təmirə qəbul olunan cihaz yalnız zəmanət kartında  ad və soyadı qeyd olunan şəxsin, şəxsiyyətini təsdiq edən sənəd ilə qəbul olunur.

Qeyd 1: Telefonun yaddaşında olan İnformasiyaların itməsinə görə Texniki Servis Mərkəzi heç bir məsuliyyət daşımır.

Qeyd 2 : Zəmanət kartını itirməyin, kart bərpa olunmur.

 

Texniki Servis ünvanı: 

Yasamal rayonu, Ş.Qurbanov 7-9 (Nizami m\st-nınyaxınlığı)

 

İş Qrafiki:

10:00 - 18:00

Bazar ertəsi - Şənbə günləri

 

Əlaqə nömrələri:

(+994 12) 596 39 39

(+994 55) 935 65 65

 

Şikayət və təklifləriniz üçün:

(+994 12) 965

 

Mobil telefonun və ya digər rəqəmsal qurğuların yaddaşında saxladığınız məlumatların kənar məlumat daşıyıcılarına yazmaqla surətlərinin saxlanılmasını təkidlə Sizə tövsiyyə edirik!