Sifariş və Çatdırılma

Çatdırılma qaydaları:

Nağd və ya kreditlə alış zamanı seçilmiş məhsulun Bakı şəhəri üzrə çatdırılması ödənişsiz həyata keçirilir. 

Təsdiqlənmiş sifarişin çatdırılma müddəti 24 saatdır. 

Çatdırılmadan öncə kuryer alıcı ilə birgə çatdırılma vaxtını razılaşdırır.

Şənbə günləri 15:00-dan sonra verilmiş və təsdiqlənmiş sifarişlər bazar ertəsi çatdırılacaq. Bazar günləri isə çatdırılma xidməti göstərilmir.

 

Ödəniş aşağıdakı üsullarla həyata keçirilir:

1) Nağd ödəniş - məhsul çatdırılan zaman 

2)  Kredit kartları vasitəsi ilə - Visa, MasterCard, Visa Electron və Maestro bank kartları

 

Sifarişin çatdırılmasını gözləmək istəmədiyiniz təqdirdə, Sizə yaxın ünvanda yerləşən filiala müraciət edərək seçdiyiniz məhsulu əldə edə bilərsiniz. Bu halda online mağaza meneceri ilə əlaqə saxlayaraq mağazaya gəlmə vaxtınızı bildirməyiniz xahiş olunur. Seçdiyiniz məhsul mağazaya göndərildikdə, biz sizi məlumatlandıracağıq.

 

Müştəri məhsulu təhvil alarkən mütləq zəmanət talonunu və ödəniş barədə fakturanı tələb etməlidir. 

 

Müştəri sifarişdən imtina barədə mütləq əvvəldən xəbər verməlidir.