Wentto Telecom Məhdud Məsuliyyətli Cəmiyyəti 2010-cu il 11 noyabr tarixindən etibarən fəaliyyətə başlamışdır.

2012-ci il 19 avqust tarixindən isə ölkənin ilk mobil operatoru olan Bakcell`in rəsmi dileri olaraq fəaliyyətinə davam etmişdir.

Şirkətimiz qısa müddət ərzində sürətlə inkişaf edərək, böyük uğurlara imza atmışdır.

Şirkətin şüarı olan “Məqsədimiz Məmnuniyyətinizdir”, Wentto Telecom`un – müştərilər və onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi – fəlsəfəsini özündə birləşdirir.

Wentto Telecom`un Baş Ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən Nizami, Elmlər, İnşaatçılar, Əcəmi, Sahil filiallarından və Texniki Servisdən ibarətdir.

Şirkətimiz bu illər ərzində mobil telefonların, aksesuarların, o cümlədən Bakcell operatorunun məhsullarının satışında və bu sahədə vətəndaşlara xidmət göstərməkdə qabaqcıl yer tutmaqda davam edir.

Hər zaman seçilən “Wentto Telecom” müxtəlif vaxtlarda bir sıra mükafatlarla təltif olunub.

“Wentto Telecom” müştərilərlə qarşılıqlı əlaqələrə xüsusi önəm verir. Bu mövzuda Sosial şəbəkələrə daha çox diqqət yetirilir.

Bundan əlavə, Şirkət müştərilərlə 965 Məlumat Mərkəzi vasitəsi ilə əlaqə saxlayır. 965 Məlumat Mərkəzi operativ qaydada müştərilərin suallarını cavablandırır, yeniliklər barədə məlumat verilir. Daxil olan şikayət və təkliflər isə müştəri məmnuniyyətini ön planda tutduğumuz üçün nəzərə alınır.

Sərfəli kredit şərtləri, maraqlı kampaniyalar, texniki servis, müştərilərə yüksək xidmət, təcrübəli və gülərüz kollektivi ilə Wentto Telecom müştəri məmnuniyyətini qazanmışdır.

Xidmət sahəsini genişləndirərək və “Məqsədimiz Məmnuniyyətinizdir” şüarını doğrultmaqda davam etmək üçün Wentto Telecom  dinamik inkişaf etməkdədir.